Xəbər lenti
Dəmir yumruq » Manşet » Havvaxanım Rüstəmovanın həbsi ilə bağlı - Rəsmi açıqlama
Manşet / Hadisə / 3-07-2024, 20:34

Havvaxanım Rüstəmovanın həbsi ilə bağlı - Rəsmi açıqlama

 

“Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib.

Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilinib.

Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, artıq xanım direktorun rəhbəri olduğu “Moon Kids” Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdəki hesabları silinib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.