Abxaziya ilə Rusiya Federasiyasının sərhədində baş verən atışma nəticəsində 1 nəfər ölüb.
Demiryumruq.Az xəbər verir ki, bu barədə Abxaziyanın “daxili işlər naziri” Robert Kiut “RİA Novosti”yə deyib.
"Saat 18.00 radələrində Psou çayı boyunca sərhəddə atışma baş verib. Bütün iştirakçılar müəyyənləşib. Həyatına sui-qəsd cəhdi edilən vətəndaş yaralanıb, yoldan keçən isə həlak olub. Hadisənin bütün iştirakçıları Abxaziya vətəndaşlarıdır”.
Qeyd edək ki, bundan öncə Dərbənd və Mahaçqalada kilsə və sinaqoqa hücum edilib.