Xəbər lenti
Dəmir yumruq » Manşet » 23 İyun – “Dövlət Qulluqçularının Peşə Bayramı" münasibəti ilə tədbir keçirilib
Manşet / Hadisə / 21-06-2024, 21:48

23 İyun – “Dövlət Qulluqçularının Peşə Bayramı" münasibəti ilə tədbir keçirilib

 

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun – “Dövlət Qulluqçularının Peşə Bayramı" münasibəti ilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Tədbirdə çıxış edənlər- Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova bildirdilər ki, bu gün sürətlə inkişaf edən respublikamızın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayır və Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-“Dövlət Qulluqçularının Peşə Bayramı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Dövlət qulluqçularının sosial problemlərinin həll edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edən natiqlər onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladılar.


Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundular. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.

 

   

  


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.