Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda ilk - “IQOS ILUMA” satışa çıxır
Manşet / Hadisə / 20-06-2024, 22:00

Azərbaycanda ilk - “IQOS ILUMA” satışa çıxır

 

PMI-ın Aparıcı IQOS Qızdırılıb-Yanmayan Cihazına Bıçaqsız Qızdırma Texnologiyasını təqdim edən qabaqcıl SMARTCORE INDUCTION SYSTEMTM

“Philip Morris International” şirkətinin Azərbaycan komandası, istənilən halda siqaret çəkməyə və ya nikotin məhsullarından istifadə etməyə davam edəcək yetkinlər üçün artan tüstüsüz məhsullar portfelinin ən son və ən innovativ yeniliyi olan “IQOS ILUMA”nın satışa çıxarıldığını elan edir.

Bu gün siqaretlərə daha yaxşı və daha qənaətbəxş alternativlər təqdim edən bu növ məhsullar yandırmadan qızdıran cihazlar sahəsində bir neçə nəsil IQOS sistemlərini əhatə edir.

Bildirək ki, yeni “IQOS ILUMA”, bıçaqsız texnologiyadan istifadə edən induksion qızdırıcı texnologiyasını təqdim edən brendin ilk sistemidir və təmizləmə tələb etmir.

“IQOS ILUMA” Azərbaycanda PMI-ın eksklüziv distribütoru olan Bakıda yerləşən “Prime Light” MMC tərəfindən idxal edilir və satılır.

“Bizim məqsədimiz siqaretsiz bir dünyadır; istənilən halda siqaret çəkməyə davam edəcək yetkinlər üçün daha yaxşı seçim olan siqaretlərin tüstüsüz alternativlərlə əvəz olunduğu bir dünya,” - deyə PMI-ın Azərbaycan komandasının rəhbəri İqor Nikonenko bildirib.

“PMI texnologiyadakı irəliləyişlərdən faydalanan və istehlakçılardan eşitdiyimiz ağrılı məqamları həll edən daim təkmilləşdirilmiş, elmə əsaslanan həllər təklif etmək üçün portfelimizi genişləndirən, IQOS sisteminin bir neçə nəsilini təqdim edib. Davamlı olaraq innovasiyalar etmək öhdəliyimiz tüstüdən azad bir gələcəyə nail olmaq ambisiyamızda mühüm rol oynayır. Bu günə qədərki ən innovativ IQOS cihazımızın təqdimatı, istənilən halda siqaret çəkməyə davam edəcək yetkinlərə daha yaxşı seçim təklif edir və siqareti tezliklə tərgitmək səylərimizdə mühüm irəliləyiş nümayiş etdirir”.

“IQOS ILUMA” seriyası Azərbaycanda üç cihaz təklif edir: IQOS ILUMA PRIME, IQOS ILUMA və IQOS ILUMA ONE.

Hər üç cihaz yeni induksion qızdırıcı texnologiyasından istifadə edir, həmçinin yetkin istifadəçilərə öz ehtiyaclarına və seçimlərinə ən uyğun olan cihazı seçmək imkanı vermək üçün müxtəlif dizaynlar təklif edir.

Bu cihazlardakı innovativ qızdırıcı texnologiyası SMARTCORE stikləri daxil edildikdə onları aşkarlayaraq cihazı avtomatik olaraq işə salma funksiyasına malikdir.

Bu bıçaqsız cihazlar daha sabit təcrübə təmin etmək məqsədilə SMARTCORE stikləri yandırmadan daxildən qızdırmaq üçün daha təmiz bir üsul təklif edir və cihazı təmizləməyə ehtiyac olmur. Bundan əlavə, onlar yanma və tüstü yaratmır və PMI-ın bazar araşdırmasına görə IQOS ILUMA əvvəlki IQOS nəsilləri ilə müqayisədə daha xoş bir təcrübəni təmin edir.

“IQOS ILUMA indiyə qədər olan ən innovativ təklifimizdir və elmə əsaslanan, tüstüsüz məhsullar portfelimizdə yeni flaqmandır. Onun qabaqcıl induksion qızdırıcı texnologiyası tütünü yanmadan daxildən qızdırır, belə ki, tüstü və kül yaratmır və əvvəlki IQOS cihazları kimi, siqaretlərlə müqayisədə orta hesabla 95% daha az zərərli kimyəvi maddələr emissiya edir,” , - deyə İqor Nikonenko bildirdi.

2024-cü il martın 31-nə olan məlumata görə IQOS ILUMA 64 bazarda mövcuddur. PMI ümumi xalis gəlirin üçdə ikisindən çoxunu tüstüsüz məhsullardan əldə etməklə, əhəmiyyətli dərəcədə tüstüdən azad bir şirkət olmaq niyyətini bəyan edib. 2023-cü ilin dördüncü rübünə görə IQOS xalis gəlirləri Marlboronun gəlirlərini üstələyib. 25 bazarda tüstüsüz məhsullardan xalis gəlir ümumi xalis gəlirlərin 50%-dən çoxunu təşkil edir. Qlobal miqyasda IQOS-un 28 milyondan çox istifadəçisi var və PMI hesab edir ki, bu kişi və qadınların 73%-dən çoxu (təxminən 20,9 milyon) keçidin müxtəlif mərhələlərində balanslı şəkildə IQOS-a tamamilə keçib və siqaret çəkməyi dayandırıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.