Xəbər lenti
Dəmir yumruq » Manşet » "Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik
Manşet / Hadisə / 12-06-2024, 20:39

"Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik

 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun iki müavini olacaq.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanında öz əksini tapıb.

Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini olub.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrından indiyədək ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovdur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.