Dəmir yumruq » Manşet » Gürcüstanla Azərbaycan arasında yeni keçid məntəqəsi yaradılır
Manşet / Hadisə / 10-06-2024, 12:03

Gürcüstanla Azərbaycan arasında yeni keçid məntəqəsi yaradılır

 

Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsi yaradılacaq.
 
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.
 
Məlumata görə, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
 
“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.