Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) növbəti dəfə üzv seçilib.
Demiryumruq.Az xəbər verir ki, BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2025-2027 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 148 səslə Şuranın üzvü olub.
Qeyd edək ki, ECOSOC BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.