Dəmir yumruq » Manşet » Baş Prokurorluqda - Yeni təyinatlar
Manşet / Hadisə / 6-06-2024, 16:49

Baş Prokurorluqda - Yeni təyinatlar

 

Baş Prokurorluqda yeni təyinatlar olub. 

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunublar.

Məlumat üçün bildirək ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.