"Uçuş zamanı sinəmdə Azərbaycan bayrağı da olacaq”.
Bu sözləri kosmosa səyahət edəcək ikinci türkiyəli astronavt Tuva Cihangir Atasever “Anadolu Ajansı”na müsahibəsində deyib.
Astronavt bildirib ki, iyunun 8-i baş tutacaq kosmos ekspediyası zamanı həm Türkiyə, həm də Azərbaycan bayrağı sinəsində olacaq: “Bu iki ölkənin bayrağı və xalqı hər zaman necə yan-yanadırsa, mənim kosmos səyahətim müddətində də bu bayraqlar yenə yanaşı olacaqlar”.
Qeyd edək ki, Tuva Cihangir Atasever Azərbaycanəsillidir. O, kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.