Milli Məclisin 2024-cü ilin yaz sessiyasında 13 iclas keçirilib, 61 qanun qəbul edilib.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 31-də keçirilən iclasında səsləndirib.
O bildirib ki, yaz sessiyasında 2 yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.