Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan bu 3 ölkə ilə birgə memorandum imzaladı
Manşet / Hadisə / 29-05-2024, 21:31

Azərbaycan bu 3 ölkə ilə birgə memorandum imzaladı

 

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb.

Rumıniyanın “Transelectrica” elektrik şəbəkələr operatoru Azərbaycanın “Azərenerji” ASC, “Gürcüstan Dövlət Elektrik Şəbəkəsi” və Macarıstanın MVM şirkəti ilə mərkəzi Rumıniyada yerləşən yaşıl enerji üzrə birgə müəssisənin yaradılması barədə Anlaşma Memorandumu imzalayıb.

“Müəssisənin əsas məqsədi “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsidir. Bununla bağlı saziş dörd ölkənin hökuməti tərəfindən imzalanıb. “Yaşıl enerji dəhlizi” – Avropa Komissiyanın dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətinin reallaşdırdığı layihədir. Bu layihə regional enerji potensialını möhkəmləndirəcək və Avropa İttifaqının enerji keçidinin məqsədlərinə uyğun olaraq rəqabətqabiliyyətli qiymətlərlə bərpaolunan mənbələrdən elektrik enerjini təmin edəcək”, - deyə “Transelectrica”nın məlumatında deyilir.

Layihənin məqsədi Avropa və Qafqaz regionlarında “təmiz enerji” istehsalının və mübadiləsinin qiymətləndirilməsi, bu cür mübadiləni asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.