Xəbər lenti
Dəmir yumruq » Manşet » Xarici işlər naziri Pakistana yola düşdü
Manşet / Hadisə / 29-05-2024, 17:01

Xarici işlər naziri Pakistana yola düşdü

 

29 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
 
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.