Xəbər lenti
Dəmir yumruq » Manşet » Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək
Manşet / Hadisə / 26-05-2024, 20:12

Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

 

Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qnuna aşağıdakı bənd əlavə olunub:

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, “Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir” cümləsi çıxarılıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.