“Red Bull” komandası Serxio Pereslə yeni müqavilə bağlamağa hazırdır.
İdman.biz-ə istinadən xəbər verir ki, hətta meksikalı sürücüyə yeni müqavilə göndərilib.
Amma S.Peres hələlik sənədi təsdiq etmək niyyətində deyil. Meksikalı jurnalistin məlumatına görə, Formula 1 pilotuna təklif olunan müqavilənin müddəti 1 ildir. Serxio isə ən azı 2 illik razılaşma əldə etmək niyyətindədir.
Qeyd edək ki, əgər danışıqlar uğurlu başa çatarsa, S.Peres "1+1" illik müqaviləyə imza atacaq.