Xəbər lenti
Dəmir yumruq » Manşet » Ərdoğan Əliyevə zəng etdi
Manşet / Hadisə / 20-05-2024, 21:51

Ərdoğan Əliyevə zəng etdi

 

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
 
Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.
 
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə etdi və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
 
Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.
 
Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.