Xəbər lenti
Dəmir yumruq » Manşet » PACJA Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyinə dair bəyanat yayıb
Manşet / Hadisə / 10-05-2024, 21:15

PACJA Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyinə dair bəyanat yayıb

 

Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirdiyinə dair bəyanat yayıb.

Bəyanatı Alyansın rəhbəri Mithika Mwenda və 128 Afrika QHT-si imzalayıb.

“Biz, aşağıda imzaları qeyd olunan vətəndaş cəmiyyəti təşkilatları COP29 sədrliyini və tədbirə ev sahibliyi edən ölkəni - Azərbaycan Respublikasını dünya birliyini davamlı, iqlim dəyişmələrinə qarşı dayanıqlı və ekoloji cəhətdən ədalətli gələcəyə doğru aparmaq üçün əhəmiyyətli missiyanı yerinə yetirməyi öz üzərinə götürdüyü üçün səmimi qəlbdən dəstəkləyirik.

Planetar miqyaslı fövqəladə vəziyyət və planetimizin üzləşdiyi təcili ekoloji problemlərlə bağlı ümumi narahatlığımızı nəzərə alaraq, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə öhdəliyini və qlobal diplomatik, siyasi və iqtisadi qarşılıqlı fəaliyyətlərdə nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndiririk.

Hazırda biz iqlim dəyişmələrinin təsirini azaltmaq, həssas cəmiyyətləri qorumaq, səmərəli şəkildə uyğunlaşmaq, dayanıqlılıq yaratmaq və gələcək nəsillər üçün əvəzolunmaz ekosistemlərimizi qorumaq üçün cəsarətli və qətiyyətli addımların lazım olduğu bir dönüş nöqtəsindəyik.

Bu kontekstdə biz Azərbaycanı dialoqun, əməkdaşlığın, inklüzivliyin və innovativ tədbirlərin təşviqində, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal tədbirlərin təcili şəkildə həyata keçirilməsində aparıcı rol oynamağa çağırırıq.

Azərbaycan COP-29-da qlobal lider rolunu öz üzərinə götürdüyü üçün biz Afrika vətəndaş cəmiyyəti təşkilatları olaraq onun faydalı əməkdaşlığı inkişaf etdirmək, iddialı vədlərə töhfə vermək, dünyanı aşağı karbonlu və iqlim dəyişmələrinə ilə bağlı davamlı inkişaf yollarına keçirmək qabiliyyətinə dərindən inanırıq.

İqlim dəyişilmələri ilə mübarizəni gücləndirmək və planetimiz, gələcək nəsillər üçün perspektivli bir gələcək hazırlamaq üçün biz dünyanın vətəndaş cəmiyyəti üzvlərinin kollektiv səylərinin faydalılığına inanırıq”, - Bəyanatda deyilir.

Qeyd edək ki, Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) 51 ölkədən QHT-ləri özündə birləşən, dünyada iqlimlə bağlı fəaliyyət göstərən nəhəng hərəkatdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.