Xəbər lenti
Dəmir yumruq » Manşet » Daha 2 güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Manşet / İdman / 9-05-2024, 20:03

Daha 2 güləşçimiz Paris-2024-ə lisenziya qazandı

 

Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.
 
60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.
Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.
 
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.
 
***
 
Azərbaycanın daha iki güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Belə ki, 35 yaşlı yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub. O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti də (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.