Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezidentin xanımı Bakıda dolma bükdü
Manşet / Hadisə / 8-05-2024, 14:21

Prezidentin xanımı Bakıda dolma bükdü

 

Bolqarıstanın birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına Azərbaycanın milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.

Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.

Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.

Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.