Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 kənddən biri - Xeyrımlı (Kirants) kəndində sərhədin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.
Bu barədə məlumatı kəndin başçısı Kamo Şaqinyan açıqlayıb.
Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çox sayda polis var. Geodeziyaçıların nə qədər qalacağı ilə bağlı dəqiq məlumat olmasa da, onların 3 gün kənddə olacağı güman edilir”.