Xəbər lenti
Dəmir yumruq » Manşet » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirilir
Manşet / Hadisə / 29-04-2024, 15:51

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirilir

 

  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdirilir. Agentliyin rəhbərliyinin təşəbbüsü ilə tibb müəssisələrinin həyətyanı sahəsində yaşıllaşdırma işlərinin aparılması və Agentlikdən xatirə olaraq kiçik bir bağçanın yaradılması məqsədi ilə növbəti ağacəkmə aksiyası Sabunçu Tibb Mərkəzində keçirilib. Aksiyada Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, sədr müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Agentlik və tibb müəssisəsinin əməkdaşları iştirak ediblər.
 
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.