Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirən qətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqca genişdir. Azərbaycanın ev sahiblliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, forumlar eyni zamanda prezident İlham Əliyevin çıxışları uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Aprelin 23-də “COP-29 və Azərbaycan üçün Yeni Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forum, səsləndirilən fikirlər bütün bu deyilənləri bir daha nümayiş etdirdi.
Bəşəriyyəti narahat edən qlobal problemləri hər zaman diqqət mərkəzində saxlayan, 30 il torpaqlaı işğal altında qalan və yalnız beynəlxalq hüquq norma və qaydalarına uyğun olaraq hərbi güc tətbiq etməklə ərazi bütövlüyünü bərpa edən Azərbaycan dünyanın inkişaf və təhlükəsizlik gündəmini dəstəkləyir,ölkələrin “yaşıl enerji”yə keçidinin planetin hər bir vətəndaşı üçün önəm daşıyacağını bildirir.
Forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim oluması,Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını tədim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verdi. Tədbirdə bir daha vurğulandı ki, Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir.Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq təsisaslarda uğurla sədrlik edib. Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsinə də öz sözünü deyir. Tədbirə 30 ölkədən 64 nümayəndənin qatılması müzakirəyə çıxarılan mövzunun aktuallığını, mahiyyətinin beynəlxalq ictimaiyyət üçün nə qədər maraqlı olduğunu tədiqləyir.
Azərbaycan qlobal səhnədə ,xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində əsas rol oynayır. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə regional müstəvidən kənara çıxır və Bakı Qərb-Şərq enerji dialoqunda aparıcı oyunçu kimi qiymətləndirilir. Ölkəmiz alternativ enerjinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir və hazırda xarici şirkətlər bu bazarın imkanlarını fəal şəkildə araşdırırlar. Azərbaycan yanacaq-enerji kompleksində bərpa olunan enerji sektorunun genişləndirilməsində maraqlıdır.Bu sektorda sabit dövlət investisiyaları və iri layihələrin həyata keçirilməsi üçün xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin sərərncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmzin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyinin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırması həm ölkəmiz haqqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası xüsusi diqqət çəkən məqamlardan idi. Prezident İlham Əiyev forumda diqqəti hazırki dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ,Emənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib.
Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın COP-29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimzin başçısı qeyd etdi ki, razılaşmaya heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq.Həmin vaxt bizdə sülh layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılamasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz sadəcə təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaq.
Forumda Azərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadi inkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlar əsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanlar mövcudluğu,bərpaolunan enerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün birgə səylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlər də geniş müzakirə edildi.
Dövlət başçısı çoxaspektli siyasət nəticəsində Azərbaycanın çox qütblərə ayrılmış regionlarda özünü rahat hiss etdirdiyini bildirdi və Azərbaycan cəmiyyətinin əsrlər boyu hər iki sivilizasiyasının-həm Avropanın, həm də İslamın dəyərlərini böyük ölçüdə mənimsədiyi üçün heç bir narahatlıq hiss etmədiyini açıqladı.Bakının heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmadığını vurğulayan prezident İlham Əliyev diqqətə çatdırdı ki, “Biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq.Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır.”
Beləliklə, ADA-da keçirilən “COP-29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum və bu tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb etdi.
Hər zaman olduğu kimi fikirlərini konkret faktlarla dəqiq ifadə edən Azərbaycan lideri ölkəmizin gələcək perspektivi, siyasi düzənə baxışı və geopolitik mövqeyi haqda bütün beynəlxalq platformalara mesaj verdi. Tədbirin mahiyyətindən irəli gələn bəşəri humanizm prinsiplərini hər zaman gözləyən Azərbaycan bu dəfə də dünyaya xoş və sülhpərvər niyyətini göstərmiş oldu.