Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda Sabunçu rayon məktəbliləri arasında keçirilən referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər.
İlk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra referat müsabiqəsinin rayon mərhələsində xüsusi seçilərək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər 5 mövzu üzrə hazırladıqları referatları konfrans iştirakçılarına təqdim olunub.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verib.
Qeyd olunub ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər.
Təqdim olunmuş 139 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilib.
Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib, növbəti seçim mərhələsində isə onlar arasından 5 ən yaxşı referat müəllifi müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğulayıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.
Daha sonra çıxış edən Komissiya üzvü, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin tarix müəllimi Asif Hüseynov referatların seçim xüsusiyyətləri barədə ümumi məlumat verib.
Tədbir Kürdəxanı Mədəniyyət Evinin “Nur” rəqs qrupunun ifasında möhtəşəm rəqslə davam edib.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komissiya üzvləri və fərqlənən 5 referat müəllifi olan məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.