Dəmir yumruq » Manşet » Milli Məclis hökumətin hesabatını qəbul etdi
Manşet / Hadisə / 15-03-2024, 15:40

Milli Məclis hökumətin hesabatını qəbul etdi

 

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.

Toplantıda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

Hesabatı Baş nazir Əsədov təqdim edəcək.

***

Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

İclasda hökumət üzvləri də iştirak edir.

***

Hazırda Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.

***

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.