Prezident İlham Əliyev polkovnik Elçin Məmmədovla bağlı Sərəncam imzalayıb.
Sərəncamla polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, E.Məmmədov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təsdiq edilib.
O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
______________________________________________________________________________________________________________________________________________________
Daxili Qoşunların bir qrup hərbçisi təltif edildi - Siyahı
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant
Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant
Ağayev Nemət Mir Tahir oğlu – mayor
Əliyev Rasim Nurməmməd oğlu – mayor
Quliyev Malik Əlipənah oğlu – mayor
Məhərrəmov Sətdar Razim oğlu – mayor
Niftəliyev Ayaz Tofiq oğlu – mayor
Məmmədov Bilal Şahin oğlu – kapitan.