Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev sərəncam imzalayıb
Manşet / Hadisə / 11-03-2024, 10:48

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

Prezident İlham Əliyev polkovnik Elçin Məmmədovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, E.Məmmədov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təsdiq edilib.

O, daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

______________________________________________________________________________________________________________________________________________________

Daxili Qoşunların bir qrup hərbçisi təltif edildi - Siyahı

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik

Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant

Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant

Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant

Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant

Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant

Ağayev Nemət Mir Tahir oğlu – mayor

Əliyev Rasim Nurməmməd oğlu – mayor

Quliyev Malik Əlipənah oğlu – mayor

Məhərrəmov Sətdar Razim oğlu – mayor

Niftəliyev Ayaz Tofiq oğlu – mayor

Məmmədov Bilal Şahin oğlu – kapitan.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.