Xəbər lenti
Dəmir yumruq » Manşet » İrəvan Ruslanı qaytardı, bu addımı “xoşməramlı jest”adlandırmaq olar?
Manşet / Hadisə / 5-03-2024, 19:34

İrəvan Ruslanı qaytardı, bu addımı “xoşməramlı jest”adlandırmaq olar?

 

Ermənistan azaraq sərhədi keçən əsgərimiz Ruslan Pənahovu Azərbaycana qaytarıb. Gözlənilirdi ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə etsin, onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.

Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər.

Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.