Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib.
Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib.
Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb.