Dəmir yumruq » Manşet » Ramazan bayramı: İş və istirahət günlərinin yerləri dəyişdirildi
Manşet / Hadisə / 24-02-2024, 17:57

Ramazan bayramı: İş və istirahət günlərinin yerləri dəyişdirildi

 

Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır. Aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10, 11, 12, 13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.