22 fevral 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ruslan Allahverdiyev və Tuqay küçələrinin birləşdiyi hissədə 400 metr asfalt örtüyünün çəkilməsi, Qəhrəmanlar küçəsində asfalt örtüyünün cari təmiri, 159 saylı marşrut xəttində avtobus sayının artırılması, Çiçək yaşayış massivində su təchizatının yaxşılaşdırılması, Hürriyyət küçəsində əlavə işıq transformatorun qoyulması, R. Allahverdiyev küçəsi, 2 döngədə asfalt örtüyünün çəkilməsi, Ruslan Allahverdiyev küçəsində (217 saylı məktəbin yaxınlığı) 40 m uzunluğunda kanalizasiya xəttinin dəyişdirilməsi, Cumhuriyyət küçəsində (Xocəsən Stadionunun girişinə qədər olan hissə) 70 metr asfalt örtüyünün çəkilməsi, Hökməli dairəsində işıqforun quraşdırılması və Bakı – Şamaxı yolunda (Qəhrəmanlar küçəsinin magistral yola çıxışında) əlavə yerüstü keçidin quraşdırılması, Fərhad Ağazadə küçəsində kanalizasiya xəttinin təmizlənməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.