Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
 
Demiryumruq.az ın  məlumatına görə, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.
 
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz - (59 719 səs )
 
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 - (21 406 səs)
 
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz - (53 986 səs)
 
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 - (17 855 səs)
 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz (48 315 səs).
 
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz - (12 981 səs).
 
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.