Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydiyyatdan keçib, onlardan 800 nəfərə yaxın beynəlxalq müşahidəçilərdir.
Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, ölkədə 6537 məntəqə var və orta hesabla hər məntəqəyə 13-14 müşahidəçi düşür.
Seçkilər fevralın 7-də keçiriləcək.
Bu gün "sakitlik günüdür", istənilən seçkiqabağı təşviqat qadağandır.