Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatır.
Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.
Həmin müddətdə seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilib, seçicilərlə görüşlər keçirilib, namizədlərə ödənişsiz efir vaxtı ayrılıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.