Xəbər lenti
Dəmir yumruq » Manşet » Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib
Manşet / Hadisə / 29-01-2024, 21:08

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib

 

Azərbaycan Respublikasıb Prezident İlham Əliyevin Sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

Yeni sədrin dosyesini təqdim edirik. 

Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. O, eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.

X. Ağalarov bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.