Xəbər lenti
Dəmir yumruq » Manşet » MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq
Manşet / Hadisə / 21-01-2024, 16:11

MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq

 

 Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb.

Bu barədəMərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib.

Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.