20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar xalqımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının kollektivi və Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbərinin iştirak etdiyi anım mərasimində 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyuldu və xalqımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edildi.