Xəbər lenti
Dəmir yumruq » Manşet » Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı
Manşet / Hadisə / 9-12-2023, 11:58

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

 
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
 
FHN-dən  verilən xəbərə görə, bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.
 
Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.