14 sentyabr 2023-cü il tarixdə Quba rayon İsnovqışlaq kəndində 12-14 sentyabr 2022-ci il tarixlərdə düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Ümid İlqar oğlunun Quba Rayon İcra Hakimiyyəti tərəfindən il mərasimi təşkil edilmişdir.
Mərasimində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, YAP rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Mərasim iştirakçıları əvvəlcə kənd qəbirstanlığında şəhid Ümüd Həsənovun məzarını ziyarət etmiş, daha sonra isə il mərasimində iştirak etmişlər.