Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da itkin düşən 1969-cu il 22 sentyabr təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun cəsədinin qalıqları bu gün Şamaxı şəhərinə gətirilib.
Şəhidin cənazəsini şəhərin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, qazilər, hərbçilər böyük izdihamla qarşılayıblar.
Sonra mərhumun bir vaxtlar böyüyüb boya-başa çatdığı rayonun Göylər kəndində onunla vida mərasimi təşkil olunub. Cənazə namazından sonra şəhidimiz Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Kamil Şirvnlı, bölgəmüxbiri