Dəmir yumruq » Manşet » Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır
Manşet / Sosial / 17-07-2023, 09:05

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən qadının məhkəməsi başlayır

 

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.

“Report” xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası bu gün baş tutacaq.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Onun barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.