Xəbər lenti
Dəmir yumruq » Manşet » İlham Əliyev Blinkeni “Laçın” SBM-də silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb
Manşet / Sosial / Siyasət / 13-07-2023, 10:05

İlham Əliyev Blinkeni “Laçın” SBM-də silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb

 

Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.