Xəbər lenti
Dəmir yumruq » Manşet » Xəzərdəki zəlzələdən sonra satışa çıxarılan mənzillərin sayı artıb
Manşet / Sosial / 9-07-2023, 09:21

Xəzərdəki zəlzələdən sonra satışa çıxarılan mənzillərin sayı artıb

 

Zəlzələyə görə torpaq sahələri və fərdi yaşayış evlərinin qiyməti bahalaşıb.

“Xezerxeber.az”ın məlumatına görə, bir neçə gün öncə Xəzər dənizində qeydə alınmış 5.5 maqnitudalı zəlzələnin bəzi ərazilərdə də hiss olunması insanları təşvişə salıb.

Rieltor Mülkədar Rüstəmov deyir ki, bu hal son bir həftə ərzində qiymətlərə ciddi təsir edib.

Rieltorun sözlərinə görə, çoxmərtəbəli binalarda yaşayan sakinlər, xüsusən də yüksək mərtəbələrdə yaşayanlar mənzillərini artıq satışa çıxarıblar. Buna səbəb yeraltı təkanları həmin mənzillərdə daha çox hiss olunmasıdır. Eləcə də təkanların daha çox hiss olunduğu müəyyən ərazilərdə daha çox mənzil satışa çıxarılıb.

Mülkədar Rüstəmov qeyd edib ki, paytaxtın bəzi yerlərində yerləşən torpaq sahələri və ya fərdi yaşayış evləri müştərilərə daha çox maraqlıdır.

Rieltor onu da deyib ki, zəlzələ zamanı insanların yaşayış binalarının qarşısına toplaşması təhlükəsizlik baxımından doğru deyil. Hətta bəzi binaların toplanış məntəqəsi olmadığından sakinlər yaxınlarının fərdi yaşayış evlərinə üz tuturdular. Bu isə daşınmaz əmlakın bu növünə olan tələbatın artdığını bir daha göstərir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.