Xəbər lenti
Dəmir yumruq » Manşet » Emin Əmrullayev: “Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək”
Manşet / Sosial / 6-07-2023, 10:37

Emin Əmrullayev: “Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək”

 

“Azərbaycanda ibtidai sinif müəllimlərinin əksəriyyəti orta ixtisas təhsili alıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib. 

Onun sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanında da ən zəif nəticə göstərən orta ixtisas təhsili alan şəxslərdir: 

“Elə imtahanda 0-29 bal toplayanlarda orada təhsil alanlardır. İbtidai sinif müəllimlərin sertifikasiya imtahanında 0-29 bal toplayanların təxminən 20 faizi ali təhsillidir. Ağcabədi Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 56 faizi, Gəncə Humanitar Kollecinin diplomu ilə işləyənlərin 52 faizi, Astara Pedaqoji Texnikumunun diplomu ilə işləyənlərin 49 faizi imtahandan kəsilib. Bəzi texnikumlarda oxuyanlar da var ki, indi o müəssisələr fəaliyyət göstərmir. Yaxşı ki, zamanında bağlanıb”. 

O qeyd edib ki, Azərbaycanda 20-25 il əvvəl məktəblərə işə götürmədə səhvlər olub: 

“Nəticələrini yaşayırıq. İndi onu işə götürən, diplom verən həyatda yoxdur. Saxta diplom alıb, işə düzələnlərin nəticəsini şagirdlər çəkiblər. Nə qədər ki saxta diplomu olan adamlara hörmətlə yanaşacağıq, təhsilimiz irəli getməyəcək. Bunu edənlər və alanlar qınanmalıdır”.

İlhamə Əbülfət


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.