Cari ildə qaz itkilərinin 1,6 faiz azalması gözlənilir
2022-ci ildə qaz itkilərinin 2021-ci il ilə müqayisədə 1,6 faiz, 105 milyon kubmetr azalması gözlənilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
Xatırladaq ki, 2021-ci ildə “Azəriqaz”ın qaz itkiləri 7,4 faiz, həcmlə isə 44 milyon kubmetr təşkil edib.