Dəmir yumruq » İqtisadiyyat » ® “Rabitəbank” ölkədə ilk dəfə keşbek və depozit gəlirli premium biznes kartını təqdim edir
İqtisadiyyat / 23-12-2022, 06:49

® “Rabitəbank” ölkədə ilk dəfə keşbek və depozit gəlirli premium biznes kartını təqdim edir

Yenilikləri ilə daim fərqlənən “Rabitəbank” daha bir ilkə imza atıb. Belə ki, sahibkar fiziki şəxslər üçün təqdim edilən yeni “Kartmane Biznes Visa Platinum” kartı keşbek və depozit gəliri qazandıran ilk və tək biznes kartı olması ilə fərqlənir.

Bu kart bir çox üstünlükləri özündə birləşdirir: Kart qalığına illik 4 faiz depozit gəlirinin hesablanması; Hava limanlarında “Business Lounge” xidmətindən ödənişsiz istifadə imkanı; Nağdsız ödənişlərdə keşbek almaq imkanı; Partnyorlardan 40 faizədək keşbek; Yanacaqdoldurma məntəqələrindən 10 faizədək keşbek; Supermarketlərdən 5 faizədək keşbek; Restoranlardan 5 faiz keşbek; “Miles” keşbeki - səyahət milləri; “Azercell” keşbeki – danışıq dəqiqələri və internet.

Kart sahibləri keşbek və depozit gəlirinin istənilən vaxt banka məxsus İnternet bankçılıq üzərindən aktiv və deaktiv edə bilərlər. Gündəlik hesablanan faizlər hər ayın son təqvim günü kapitallaşdırılır, yəni hesab qalığına əlavə edilir. Kartdan nağdlaşdırma imkanı mövcuddur. “Kartmane Biznes Visa Platinum” kartını “Rabitabank.com” saytdan sifariş edə bilərsiniz.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.