® “Bakcell”dən nəqliyyat üçün ağıllı həllər
“Bakcell” şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır. “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.
Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yeri, sürətini, yanacaq sərfiyyatını, işləmə rejimini və səyahət məsafəsini 24 saat ərzində nəzarətdə saxlaya biləcəklər.
Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir.
Xidmət barədə ətraflı məlumat üçün “https://business.bakcell.com/az/smart-solutions-for-transport” səhifəsinə daxil olun.
“Bakcell” şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir.
Cari ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla®” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.