İqtisadiyyat naziri: Qeyri-neft-qaz sektoruna kapital qoyuluşu artıb
Cari ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektoruna kapital qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artaraq 8 milyard 789,7 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, yüksək templi iqtisadi artımda investisiyaların əhəmiyyətli rolu var.