Dəmir yumruq » İqtisadiyyat » On bir ayda 65 minə yaxın ipoteka müqaviləsi bağlanıb
İqtisadiyyat / 19-12-2022, 22:22

On bir ayda 65 minə yaxın ipoteka müqaviləsi bağlanıb

Cari ilin yanvar-noyabr aylarında 65 minə yaxın ipoteka müqaviləsi qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, on bir ay ərzində 262 min 647 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artım deməkdir.

Yanvar-noyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artaraq 64 min 963 olub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.