OPEC gələn il üçün Azərbaycanda maye karbohidrogen hasilatında artım proqnozlaşdırır
OPEC 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatında gündəlik 59 min barel artım proqnozlaşdırır.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü il Azərbaycanda maye karbohidrogen hasilatında 59 min barel artım (0,8 milyon barelədək) “Şahdəniz” qaz yatağında hasilatın artımı, “Abşeron” yatağında qaz hasilatına başlanması ilə şərtlənəcək.
Növbəti ildə “Azəri-Mərkəzi-Şərqi” layihəsi istifadəyə verildikdən sonra istehsalın daha da artacağı gözlənilir.