Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Bu il Qaradağ rayonunda 13 küçə təmir olunub
İqtisadiyyat / 13-12-2022, 19:32

Bu il Qaradağ rayonunda 13 küçə təmir olunub

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Qaradağ rayonu üzrə ümumi uzunluğu 19,6 kilometr olan 13 küçədə təmir işləri icra olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə aparılan təmir işləri çərçivəsində Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi, 2800 metr uzunluğa malik Massiv 6 yeni məhəllənin yollarında, 1000 metr uzunluğa malik Massiv 1 keçid 4,5, 2430 metr uzunluğa malik Massiv 1 küçə 2 və uzunluğu 1200 metr olan Massiv 1 Vilayət Əsgərov küçəsində təmir işləri aparılıb.

Qızıldaş qəsəbəsində ümumi uzunluğu 5 və 10 metr təşkil edən 2-ci Massiv, 12, 13 və 14-cü küçələrin təmiri işləri görülüb.

Rayonun Sahil qəsəbəsində uzunluğu 3200 metr olan Məhərrəm Seyidov küçəsinin, Qobustan qəsəbəsində isə Massiv 1a Mərkəzi küçə (900 metr), Massiv 3 (200 metr), Massiv 7 küçə 1 (800 metr) və Massiv 5 (1 kilometr) üzrə təmir işləri yerinə yetirilib.

Sözügedən ərazilərdə yeni və müasir yol infrastrukturu yaradılaraq istifadəyə verilib.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6,5 kilometr olan küçə və yollarda təmir işləri aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.