Xəbər lenti
Dəmir yumruq » İqtisadiyyat » Vergiödəyicilərinin sayı 5,9 faiz artıb
İqtisadiyyat / 12-12-2022, 20:19

Vergiödəyicilərinin sayı 5,9 faiz artıb

Cari ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 399 min 990 vergiödəyicisinin 87,4 faizi fiziki şəxslər, 12,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,5 faiz (ümumi artımın 80,7 faizi), hüquqi şəxslərin sayı isə 9,4 faiz (ümumi artımın 19,3 faizi) artıb.

Həmin dövrdə kommersiya qurumlarının sayı 10,3 faiz təşkil edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.